Sumqayıtda 4 yaşlı uşaq dərmandan zəhərlənib öldü
25 Aprel 2012 15:47 KriminalSumqayıtda bir ailənin iki azyaşlı uşağı dərmandan zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 23-də baş verib. Sumqayıt şəhərində yaşayan 4 yaşlı Kamal Şıxməmmədli və onun bacısı 2 yaşlı Nəzirə dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Kamal Şıxməmmədli orada ölüb, Nəzirənin vəziyyəti isə orta-ağırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31