Azərbaycanda daha bir qadın alverçisi ələ keçdi
25 Noyabr 2013 14:06 KriminalAzərbaycan polisi daha bir qadın alverçisini ifşa edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə Qobu qəsəbə sakini Aygün Məmmədova saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31