Zaqatalada ticarət obyekti partladı, yaralanan var
25 Noyabr 2013 13:59 KriminalZaqatalada ticarət obyektində dəhşətli partlayış hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 23-də saat 09.00 radələrində Zaqatala rayonu Vidadi küşəsində baş verib. Rayon sakini Ömər Ömərova məxsus mağazada təbii qazın sızmasından ani partlayış baş verib. Qapı şüşələri sınıb, yanıq xəsarətləri almış Ö.İbrahimov xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31