Bakıda polis heroinlə tutuldu
25 Noyabr 2013 13:32 KriminalBakıda polis əməkdaşı saxlanılıb. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Çevik Polis Alayı və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rəşad Cəfərlidən öz adına olan 1 ədəd Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis serjantı vəsiqəsi, 1 ədəd ÇPA-nın polis serjantı vəsiqəsi, 1 ədəd saxta sürücülük vəsiqəsi, 1 ədəd "Kenwood" markalı rabitə vasitəsi, içərisində saxta sənədlərin fotosürətləri olan flaşkart, 0,267 qram heroin və 5,24 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31