Şəkidə Vərəm Dispanseri yandı, xəstələr təxliyyə edildi
25 Noyabr 2013 13:29 KriminalŞəkidə Vərəm Dispanserində yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Şəki şəhərində ümumi sahəsi 600 kv.m (hər mərtəbəsi 300 kv.m) olan 2 mərtəbəli Vərəm Dispanserinin 2-ci mərtəbəsində dəhlizin tavanı 3 kv.m sahədə yanıb. Yanğın zamanı xəstəxanada olan 7 nəfər xəstə, yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31