Cəlilabadda ikimərtəbəli ev külə döndü

Cəlilabadda ikimərtəbəli evdə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,  hadisə rayonun Alar kəndində (rayon mərkəzindən 19 km aralı) baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m (hər mərtəbəsi 160 kv.m) olan 2 mərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın və aynabəndin yanar konstruksiyaları və ev əşyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31