Bakıda 26 yaşlı oğlan evində köməksiz qalıb öldü
25 Noyabr 2013 13:28 KriminalBakıda 26 yaşlı oğlan mənzilində köməksiz vəziyyətdə qalıb ölüb. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişi köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən hüşsuz vəziyyətdə aşkarlanmış 1987-ci il təvəllüdlü Samir Tahir oğlu Süleymanov hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Həkimlər tərəfindən aparılmış ilkin müayinə zamanı S.Süleymanovun vəfat etdiyi müəyyən edilib. Əməliyyat saat 07:38-də başa çatıb.