Rusiyadan Azərbaycana külli miqdarda partlayıcı maddə keçirtmək istədilər
140 kiloqram partlayıcı maddə-barıt aşkar olunaraq götürülüb
22 Noyabr 2013 18:00 KriminalXaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda partlayıcı maddə olan barıtın Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin verdiyi məlumata görə, respublikanın şimal sərhədindən - Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Qəşəm Durbala oğlu Eyvazov tərəfindən idarə olunan "İkarus-256" markalı, 50 BN 073 nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı iki ədəd arxa sağ və bir ədəd arxa sol işlək təkərlərin içərisindən gömrük nəzarətindən gizlədilmiş 140 kiloqram partlayıcı maddə-barıt aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır. Ans