Qızını qətlə yetirən atanın məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Şamaxı şəhər sakini Amil Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hzırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi üzrə baxış iclası isə noyabrın 27-nə təyin edilib.Qeyd edək ki, Şamaxı şəhər Mirzə Fətəli Axundov küçəsi, 45 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Amil Həmid oğlu Əliyev ailə münaqişəsi zəminində qızı, 1991-ci il təvəllüdlü Güneli bıçaqlayaraq qətlə yetirib. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31