Avtomobil qaçıranlar tutuldu

Noyabrın 21-nə keçən gecə Sabunçu qəsəbəsi Ə.Cavad küçəsində Bakı şəhər sakini Müsəllim Məmmədova məхsus "VAZ-21011" markalı avtomobil qaçırılmışdır. Sabunçu RPİ 15-ci PB  və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Masallı rayon sakinləri - Elnur Səfərov və Elçin Səfərov avtomobillə birlıkdə Zabrat - Maştağa şossesində tutulmuşlar.

Noyabrın 22-si saat 00:10 radələrində Yasamal rayonu İnşaatçılar prospektində Bakı şəhər sakini Nihad Maqsudov idarə etdiyi "Toyota-Prado" markalı avtomobillə Elmira Hüseynovanı vurmuşdur. E.Hüseynova хəstəхanaya aparılarkən yolda ölmüşdür.  OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31