Bakıda uşaq qoca əxlaqsızın təcavüzündən təpiklə qurtuldu
21 Noyabr 2013 17:24 KriminalBakının Nizami rayonu ərazisində uşağa qarşı əxlaqsız hərəkət edilib. Dünən 13 yaşlı oğlana babası yaşda kişi təcavüz edib. Dünən 40-45 yaşlı kişi azyaşlını "Xalqlar dostluğu" yarmarkasının arxasına aparıb. Orada uşağa təcavüz etmək istəyən zaman gözləmədiyi zərbəni alıb. Uşaq kişinin cinsiyyət orqanına təpik vuraraq qaçıb. Uşağın valideynləri məsələ ilə bağlı polisə şikayət edib, eyni zamanda onu psixoloji yardım üçün psixoloq yanına aparıblar. Ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi isə xəbəri nə təsdiq, nə də təkzib edib. Bölmənin rəis müavini Qabil Əhmədov Milli.Az-a hadisədən məlumatsız olduğunu dedi. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31