DƏHŞƏT: qardaşlar 21 yaşlı bacılarını zorladılar

Qardaşlar qızı fahişəliyə də məcbur ediblər

Türkiyədə dəhşətli zorlama faktı baş verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, iki qardaş 21 yaşlı bacılarını zorlayıb.  Belə ki, 21 yaşında olan H.B. qardaşları 28 yaşlı A.B və 25 yaşlı M.B. tərəfindən zorlanıb. Bu azmış kimi, qardaşlar bacılarını pul qarşılığında başqa insanalrla da yatmağa məcbur ediblər. Onların bu əməllərindən bezən bacı polisə şikayət edib.

Qeyd edək ki, bacıya təcavüz edən qardaşalrdan biri Qarsın bir kəndində məscidin axundudur. 21 yaşlı H.B. polisə verdiyi ifadədə bildirib ki, məhz axund işləyən qardaşı onun bakirəliyini əlindən alıb. Onu daim zorlayıb. Sonradan isə onu fahişəliyə məcbur edib.

"İlk təcavüz hadisəsini bacım R-yə danışdım. Heç kimə deməməyimi, deyəcəyim təqdirdə qardaşımın işdən qovulacağını dedi. Qardaşımın təcavüzündən hamilə qaldım. Ankaraya apardı, abort olundum. Daha sonra da kiçik qardaşım M.B. təcavüz etdi. Bundan əlavə, qardaşlarım məni başqaları ilə də yatmağa məcbur etdilər", - deyə zorlanan qız polisə ifadə verib.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31