Bakıda silah-sursat tapıldı

Bakının mərkəzində xeyli miqdarda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən noyabrın 20-də Balaxanı qəsəbəsi "Təmiz Şəhər" ASC-nin ərazisindən 1 ədəd tank əleyhinə mina, 3 ədəd patron və 1 ədəd "Voltran" tipli tapança tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31