Bakıda soyğunçu heroin alverçisi yaxalandı

Bakıda soyğunçuluqla məşğul olan heroin alverçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 20-də Nəsimi rayonu A.Mustafayev küçəsində naməlum şəxs Masallı rayon sakini Fərid Nuriyevə qarşı zor tətbiq edərək içərisində 281 manat olan pul kisəsini ondan alıb. Baş Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Şahin Şirinov tutulub və ondan 0,601 qram heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31