Gülər Əhmədovanın ürəyi getdi

Məhkəmə işçilərinin köməkliyi ilə sabiq millət vəkili zaldan çıxarılıb və təcili tibbi yardım çağrılıb

Gülər Əhmədovanın məhkəmədə ürəyi getdi. Adı Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevlə pul qalmaqalında hallandırılan sabiq deputat Gülər Əhmədovanın məhkəmə prossesi başlamamışdan əvvəl oturduğu yerdə ürəyi gedib. Məhkəmə işçilərinin köməkliyi ilə G.Əhmədova zaldan çıxarılıb və təcili tibbi yardım xidməti çağrılıb. Bir müddət sonra məhkəməni idarə edən hakim Əlisultan Osmanov, məhkəmənin təxirə düşdüyünü bildirib. Məhkəmə noyabrın 25-nə təyin edilib.
Sabiq deputatın yoldaşı, onun səhətinin pişləşməsini bütün gecəni yatmaması ilə əlaqləndrib.
Xatırladaq ki, sabiq deputatın ötən həftə baş tutan məhkəmə prosesi zamanı dövlət ittihamçısı Eldar Həmzəyev, himayəsində az yaşlı uşaq olmasını və 3 dəfə millət vəkili seçilməsini əsas gətirərək, G.Əhmədova barəsində cinayət məcəllələrini ümumiləşdirilərək, ona CM-nin yüngülləşdirici 62-ci maddəsini tətbiqini və onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
G. Əhmədova, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31