“Bank of Baku”nun saxta sənədlərini hazırlayan mütəşəkkil dəstə ifşa olundu

Bakıda "Bank of Baku"nun adından sui-istifadə edib saxta sənəd hazırlayan mütəşəkkil dəstə ifşa olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nəsib Gülməmmədov və Cəbrayıl rayon sakini Mirbaba Səfərovun "Bank of Baku" ASC-nin ipoteka müqaviləsi ilə girov altında olan 3 ədəd "Kia-Optima", 1 ədəd "Kia-Sorento", 1 ədəd "Jeep Grand Cherokee" və 1 ədəd "Hyundai" markalı avtomobillərin "Bank of Baku" ASC-nin adından Baş Dövlət Yol Polisinin ünvanına saxta məktublar tərtib etməklə həmin avtomobilləri girovdan çıxarmaları və aldatma yolu ilə digər şəxslərə satmaları müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31