Moskvada oğru “sxodkası”na basqın: “Rəşad Gəncinski" həbs olundu
21 Noyabr 2013 11:50 KriminalMoskva polisi paytaxtın "Korçma Taras Bulba" restoranında oğru "sxodka"sının qarşısını alıb. Rusiya KİV-nin məlumatına görə, əməliyyat nəticəsində cinayətkar aləmin 3 lideri həbs olunub.
Saxlanılanlardan biri keçən il "DedXasan" klanı tərəfindən taclandırılan azərbaycanlı Rəşad İsmayılovdur. "Rəşad Gəncinski" ləqəbli həmyerlimizdən əlavə, gürcüstanlı Mamuka Çkadua ("Mamuka Qalski") və Gizo Kardava da tutulub. lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31