Bakıda zəncirvari qəza: ölən və yaralananlar var

Zəncirvari qəzada təcili yardım maşını da ziyan çəkib

Zəncirvari qəzada "Mercedes-E Class", "Mercedes", "Audi", "Toyota Pajero", "Hyundai" və "Medi Klub"a məxsus 10 JL 491 dövlət nömrə nişanlı təcilli tibbi yardım avtomobilləri toqquşub. Dəhşətli qəza nəticəsində "Mercedes" markalı avtomobilinin sürücüsü ölüb. Onun meyiti avtomobildə sıxılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb.
Hazırda hadisə yerində polis, prokurorluq əməkdaşları, xilasedicilər və təcili yardım həkimləri çalışır.

****

Bu gün səhər saat 10:00 radələrində Bakının Xətai rayonu ərazisində 1 nəfərin ölümü və bir neçə şəxsin ağır yaralanması ilə nəticələnən dəhşətli zəncirvari yol qəzası baş verib. Rayon Polis İdarəsindən  verilən məlumata görə, Alfred Nobel prospektində (Neftayırma zavodunun qarşısı) bir neçə avtomobil toqquşub. Qəzaya uğrayan avtomobillər arasında "MediClub" klinikasına məxsus təcili yardım maşını da olub.Qəza nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı, hətta bir nəfərin öldüyü bildirilir. Baş vermiş yol qəzası ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Müraciətdə bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Sürücülərə alternativ yollardan (Babək pr.) istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, yaralılardan ikisi təcili yardım maşınında olan tibb işçiləridir.  ans 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31