Mağazadan pul oğurlandı
21 Noyabr 2013 11:14 KriminalNoyabrın 16-da Şamil Əzizbəyov küçəsində yerləşən, Bakı şəhər sakini Fərhad Xudaverdiyevə məхsus mağazadan, qapını sındırma yolu ilə 261 manat oğurlanmışdır. Nəsimi RPİ 21-ci PB və Post-Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməldiyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Əli Əliyev tutulmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki, o, noyabrın 18-də Mərdanov Qardaşları küçəsində yerləşən, Qaragöz İsgəndərovaya məхsus kafedən 200 manat, Oqtay Məmmədova məхsus mağazadan, qapını sındırma yolu ilə 264 manat dəyərində yağ oğurlamış, Svetlana Qəmbərovaya məхsus həmin küçədə yerləşən aptekdən və Etibar Nuriyevə məхsus bərbərхanadan isə, qapını sındırma yolu ilə oğurluğa cəhd etmişdir. Ə.Əliyev bundan başqa, noyabrın 17-si saat 18:00 radələrində Cavadхan küşəsində yerləşən kafedə Abşeron rayon sakini Zamiq Lələyevin mobil telefonunu masanın üzərindən oğurlanmışdır. OLAYLAR