Daşkəsən sakini sevgilisini və anasını qanına boyadı

Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi yaşadığı qadını öldürməkdə təqsirli bilinən Daşkəsən rayon sakini Tələt Həmidovun məhkəməsi başlayıb. "OLAYLAR"ın məlumatına görə, Tələt Həmidov bu ilin iyunun 30-da Şamaxı rayonu Mədrəsə qəsəbəsində qeyri-rəsmi nikahda yaşadığı Qotaz Nəzərovanı öldürüb. Həmidov daha sonra onun anası Nigara da xəsarət yetirib. Hadisə qısqanclıq zəminində baş verib. Hakim Ramella Allahverdiyavnın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 25-nə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31