Mənzil oğrusunun məhkəməsi başladı
20 Noyabr 2013 16:16 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən 36 yaşlı Niyaməddin Əliyevin məhkəməsi başlayıb. "OLAYLAR"ın məlumatına görə, prosesdə ifadə verən Niyaməddin Əliyev özünü təqsirli bilib, evə pəncərədəki dəmir barmaqlıqları sındıraraq girdiyini deyib. O, qeyd edib ki, evdən külli miqdarda qızıl-zinət əşyalarını talayıb. Niyaməddin Əliyev elə həmin gün qızılları şəhərin müxtəlif yerlərində satıb. İttihama görə, Murad Axundov 2013-cü il iyunun 30-da mənzilindən 15 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Cinayəti törədən Masallı rayon sakini Niyaməddin Əliyev tutulub. Niyaməddin Əliyevin Xətai rayonunun digər ərazilərində də mənzillərdən oğurluq edib. Əvvəllər də 2 dəfə analoji hadisə ilə məhkum olunub.
Proses davam edir.