Bakıda bank əməkdaşının müəmmalı intiharı

Bakıda 57 yaşlı kişi özünü qaz borusundan asıb

Bu gün səhər saat 07:00 radələrində Bakının Nərimanov rayonunda müəmmalı intihar hadisəsi baş verib. Nərimanov rayon prokurorunun köməkçisi Samir Məmmədovun verdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Rauf Mütəllim oğlu Abdullayev Ağa Nemətulla küçəsi 65 ünvanında həyətlərin birində həyətində özünü qaz borusundan asıb.
Araşdırmalar zamanı onun "Bank of Baku"nun Nərimanov filialında işlədiyi məlum olub. Onun çalışdığı filialdan Rauf Abdullayevin işdə heç bir problemi olmadığı, ailəsindən isə düşmənçilik münasibətində olduqları heç kəsin olmadığı bildirilib. "Rauf Abdullayevin heç kəsə borcu olmayıb. Hazırda müəmmalı intiharın səbəbləri araşdırılır".
Faktla bağlı cinayət işi başlanıb.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31