Bakıda aptekə silahlı basqın edildi

Bakıda mütəşəkkil dəstə aptekə silahlı basqın edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 18-də paytaxtın Nizami rayonu A.Mustafayev küçəsində baş verib. Həmin küçədə yerləşən aptekə gəlmış 3 naməlum şəxs oranın satıcısı, Bakı şəhər sakini Sücayət Əliyevanı bıçaqla hədələyərək kassadakı 400 manat pulu götürmək istəyərkən satıcı ətrafdakıları köməyə çağırdığından istədiklərinə nail ola bilməyib hadisə yerindən qaçıblar. Nizami RPİ əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləsuvar rayon sakinləri Rahim Teymurov, Alim və Süleyman Qasımovlar tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31