Oğuzda qonşusunu güllələyən qatil tapıldı
20 Noyabr 2013 14:03 KriminalOğuzda qonşusunu güllələyib qətlə yetirən şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 19-da Oğuz rayonunun Muxas kəndində baş verib. Kənd sakini, əvvəllər məhkum olunmuş Binyamin Yusifov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Rüfət Salamovu qətlə yetirib hadisə yerindən qaçıb. Oğuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Yusifov tutulmuş, ondan 1 ədəd nömrəsi silinmiş, lüləsi kəsilmiş, müvafiq sənədləri olmayan "İJ-18E" markalı ov tüfəngi götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31