Neftçalada bir otaqlı ev külə dönüb

Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31