Bakıda tərcümə mərkəzi yandı
20 Noyabr 2013 12:16 KriminalBakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus tərcümə mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 60 kv.m olan tərcümə mərkəzinin içərisində avadanlıqlar 20 kv.m sahədə yanıb. Tərcümə mərkəzinin qalan hissəsi, bitişik notariat kontoru və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31