Qubalılar səhəri güclü partlayışla açdılar: yaralı var
20 Noyabr 2013 10:16 KriminalBu gün səhər saatlarında Qubada yaşayış evində güclü partlayış baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Tofiq İsmayılov 2 ünvanında baş verib. Partlayış nəticəsində evdə olan Səbirə Səlimova ağır yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.Quba Rayon İcra Hakimiyyəti başçısınin birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Yusif Abidovun Anspress-ə verdiyi məlumata görə, ilkin araşdırmalar zamanı məlum olub ki, partlayış qaz sızması nəticəsində baş verib.Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31