Bakıda “KamAZ”ın altında qalan kişi 13 gün yaşadı
20 Noyabr 2013 10:09 KriminalBakıda yük avtomobili ilə vurulmuş piyada xəstəxanada ölüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, noyabrın 6-sı saat 19:00 radələrində Binəqədi rayonu Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Çapay Tağıyev idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Arif Cavanşirovu vurub. A. Cavanşirov xəsarətlə KTM-ə daxil olub və noyabrın 19-da xəstəxanada ölüb.Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31