Xurmadan narkotik çıxdı

Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 185.2.1; 185.2.2; 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Emin Şahin oğlu Əsgərova qardaşı Əsgər Şahin oğlu Əsgərovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı 2 ədəd xurma meyvəsinin içərisində gizlədilmiş hər birində 1 büküm, ümumi çəkisi 1,87 qram narkotik maddə marixuana və 2 ədəd xurma meyvəsinin içərisində hər birində 10 ədəd mənşəyi məlum olmayan həblər aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31