Bu il Bakıda 122 min piyada cərimələnib
19 Noyabr 2013 17:20 KriminalBu il Bakı şəhərində təyin olunmamış ərazilərdən avtomobil yolunu keçməyə cəhd edən 122 min nəfərdən çox piyada cəzalandırılıb. "OLAYLAR"ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində ötən illə müqayisədə piyadaların təyin olunmamış yerlərdən keçməsi halları qismən azalıb: "Bununla bağlı bu il 677 mindən artıq inzibati protokol tərtib olunub, 122 min piyada cərimələnib. Görülən tədbirlər nəticəsində Bakıda piyadaların vurulması halları azalıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31