Bakıda yol qəzalarının 51 faizi sürət həddi ilə əlaqədardır

 Bakıda yol nəqliyyat hadisələrinin çox hissəsi sürücülərin sürət həddini aşması nəticəsində baş verib. "OLAYLAR"ın məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Vaqif Əsədovun sözlərinə görə, bu il Bakıda baş verən yol qəzalarının 51 faizi sürücülərin sürət həddini aşması səbəbindən olub. 46 faiz yol qəzası isə piyadaların təyin olunmamış yerlərdən keçməsi nəticəsində baş verən qəzalardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31