Lənkəranda dəhşətli qətl, kənd sakini avtomobilində güllələndi

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 18-də Lənkəran rayonu Göyşaban kəndində baş verib. Kənd sakini Etibar Nəzərovun odlu silahdan (tapançadan) açılan atəşlə qətlə yetirilmiş meyiti "Mitsubishi" markalı avtomobilində tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb, Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31