Heroin alverçisi Bakıda tanınmış klinikadan oğurluq edib

 Bakıda tanınmış klinikada soyğunçuluq edən heroin alverçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevdən 0,395 qram heroin götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun,  noyabrın  18-də D.Bünyadzadə küçəsində yerləşən "Vital" klinikada, oranın işçisi Günay Mürşüdovanın içərisində 130 manat pulu olan çantasını oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31