Bakıda avtomobil ana və azyaşlı uşağını vurub qaçdı
19 Noyabr 2013 15:28 KriminalBakıda ana və azyaşlı uşağını avtomobil vurub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 18-də saat 18.20 radələrində Xətai rayonu M.Hadi küçəsində baş verib. Həmin vaxt müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ülkər Mustafayeva və onun azyaşlı oğlu Ömər vurulub. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31