Bakıda yol qəzalarının sayı artıb

 Bu ilin ötən dövrü ərzində Bakıda 909 yol qəza hadisəsi baş verib. "OLAYLAR"ın məlumatına görə, bu barədə Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlama verib. Onun sözlərinə görə, baş verən yol qəzaları nəticəsində 294 nəfər ölüb, 947 nəfər müxtəlif bədən xəsarətləri alıb. Vaqif Əsədovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 16 hadisə çox olub. Nəticədə həmin illə müqayisədə 4 ölüm, 18 xəsarət halları çoxalıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31