23 tondan artıq çətənə bitkisi məhv edilib

Yevlax şəhər polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2013" şərti adlı əməliyyat tədbirləri həyata keçirilib. "OLAYLAR"-ın  Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasina istinadən verdiyi xəbərə görə, keçirilmiş tədbirlər nəticəsində  ümumilikdə 85807 ədəd və 11 ton 168 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində isə  rayonun inzibati ərazisində 13364 ədəd, cəmi çəkisi 12 ton 600  kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib. Hər iki halda aşkar edilmiş çətənə kolu yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31