Məhbusda telefon aşkar edilib

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanilan 1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sadiq Telman oğlu Hüseynovun kamerasına baxış keçirilib. Baxış zamanı üzərində olan daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatını könüllü olaraq təhvil verib. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31