Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər arasında Tatarıstan prezidentinin oğlu da var - FOTO
18 Noyabr 2013 08:01 Kriminalİlkin məlumata görə, Kazanda təyyarə qəzası nəticəsində həlak olan sərinişinlər arasında Azərbaycan vətəndaşı olmayıb. Bu barədə Trend Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
Həmçinin, ilkin məlumata əsasən, qəza nəticəsində ölənlər arasında Rusiya vətəndaşları ilə yanaşı, bir Böyük Britaniya vətəndaşı da var.
Qeyd edək ki, bu gün axşam saatlarında Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, 50 nəfər ölüb. Ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanovun da olduğu bildirilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, təyyarə aerodromun uçuş meydanına enərkən yerə çırpılıb. Təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.
X X X
Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, 50 nəfər ölüb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
"Tatar-İnform" agentliyinin məlumatına görə, ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanov da olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, təyyarə aerodromun uçuş meydanına enərkən yerə çırpılıb. Təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
---------------
17.11.2013
22:25
Tatarıstanın Kazan şəhərində baş verən təyyarə qəzasında ölənlərin siyahısı bəlli olub. APA-nın verdiyi məlumata görə, "twitter" sosial şəbəkəsində təyyarədə həlak olan sərnişinlərin siyahısı yayılıb. Həmin siyahıda 44 nəfərin adı və soyadı göstərilib.
Siyahıya nəzər yetirdikdə, təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlıların olmadığı məlum olur.
Qeyd edək ki, bu gün Moskva vaxtı 19:25-də Kazan şəhərində "Boinq-737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən "Boinq-737" sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanıne enərkən eniş zolağında qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub.
Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak olduğunu bildirib.
Qəzaya ilkin səbəb kimi ekipajın səhvinin olduğu göstərilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
----------------
17.11.2013
21:21
Tatarstanın paytaxtında yerli aviaşirkətə məxsus Boing 737-500 tipli təyyarə qəzaya uğrayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya FHN nümayəndəsi bildirib.
"Təyyarə aerodromun uçuş meydanıda enərkən torpağı ilə toqquşub. Təyyarədə altı heyət üzvü və 44 sərnişin var idi. Zərər çəkənlər haqqında məlumat araşdırılır. Yerində qəza-xilasetmə işləri aparılır", Rosaviasiyadan bildiriblər.
Qəza yerli vaxtla saat 19:25-də baş verib.