“Ded Xasan”la qohum olan azərbaycanlı biznesmen saxlanıldı

Rusiyanın Moskva vilayətində ölkənin kriminal avtoritetləri ilə əlaqədə olan azərbaycanlı biznesmen saxlanılıb. Mebel fabrikinin sahibi olan 41 yaşlı həmyerlimizdən "AKS - 74U" markalı "Kalaşnikov" avtomatı, 30 ədəd patron və az miqdarda heroin aşkarlanıb.  Ondan iltizam alındıqdan sonra sərbəst buraxılıb. Nazirlikdən bildirilib ki, fabrik sahibi "Onik" və "Valera Tbilisski" ləqəbli "qanuni oğru"larla yanaşı, Ded Xasan" la da qohumdur.

Qeyd edək ki, "Ded Xasan" ləqəbli Aslan Usoyan Rusiyada ən nüfuzlu "qanuni oğru" sayılıb. O, yanvarın 16-da azərbaycanlı "qanuni oğru" "Rövşən Lənkəranski" ləqəbli Rövşən Canıyevin sifarişi ilə güllələnib və xəstəxanada ölüb. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31