Astanada 16 azərbaycanlı saxlanıldı
15 Noyabr 2013 18:04 KriminalAstana Beynəlxalq Hava Limanında Azərbaycan vətəndaşı saxlanılıb. Onun əlində 15 Azərbaycan vətəndaşına məxsus pasportlar olub. Aeroportda aparılan yoxlama zamanı daha 16 Azərbaycan vətəndaşı müəyyən edilib. Məlum olub ki, onlar Qazaxıstan ərazisində qalma qaydalarını pozublar və lazım olan müddətdə ölkə ərazisini tərk etməyiblər.
Astananın Yesil rayon Məhkəməsinin qərarı ilə Azərbaycan vətəndaşları 2 sutka müddətinə azadlıqdan məhrum ediliblər. Bu müddət başa çatdıqdan sonra onlar Qazaxıstandan deportasiya ediləcəklər. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31