Şəmkir korpusunda daha bir əsgər güllələndi
Taleh Qarabəyov ehtiyatsızlıqdan qətlə yetirilib
12 İyul 2012 11:56 Kriminal. Müdafiə Nazirliyinin hərbi hissəsində daha bir əsgər əsgər yoldaşınnı güllələyib. "OLAYLAR"ın məlumatına görə, hadisə iyulun 12-də Şəmkir Korpusunun "N" saylı hərbi hissəsində baş verib. Hərbi hissədə xidmət keçən əsgər Çingiz Bədəlov tabeliyindəki avtomat silahdan atəş açıb və güllə əsgər yoldaşı Taleh Qarabəyova dəyib. Yaralı əsgər aldığı güllə yarasından dünyasını dəyişib. Dünyasını dəyişən əsgər Taleh Qarabəyov Balakən, Çingiz Bədəlov isə Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılıb.Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu da təsdiqləyib. Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hadisə Ç. Bədəlovun silahla ehtiyatsız davranması nəticəsində baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31