Bakıda iş adamının evinə basqın edən dəstə ələ keçdi

Uzun müddət ağır cinayət törədib polisdən gizlənən dəstəni narkotik tələyə saldı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron rayon Polis Şöbəsinni əməkdaşları Əzizağa Soltanov, Zaur Əliyev və Lətif Nəbiyevi narkotik vasitə ilə tutub.
Onların dindirilməsi zamanı daha ağır cinayət törətmələri orta çıxıb. Məlum olub ki, onlar 2012-ci il oktyabrın 29-da Mübariz Əlicanovu və onun arvadı Könülü odlu silahla hədələyərək əllərini kəmərlə bağlayıb, evdən 4000 manat pul, 10.000 manat dəyərində qızıl və digər əşyaları aparıblar. Onlar bu əməli Balakən RPŞ tərəfindən axtarışda olan Vasif Qarayev və Ramin adlı şəxslə birgə həyata keçiriblər.
Onu da əlavə edək ki, L.Nəbiyev də Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, M.Əlicanov Qaradağ rayonu ərazisində böyük daş karxanasının sahibir. Ötən il 4 nəfər maskalı şəxs onun Abşeron rayonu Qobu qəsəbəsindəki evinə soxularaq külli miqdarada pul və qızıllarını əlindən alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31