DƏHŞƏT: Gecə 83 yaşlı kişi 72 yaşlı arvadını və özünü güllələdi
Yaşlı kişi hadisəni ailə mübahisəsi zəminində törədib
15 Noyabr 2013 10:38 KriminalÖtən gecə Astara rayonunda dəhşətli cinayət baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Sıralani kəndində 1930-cu il təvəllüdlü İsmayıl Qulam oğlu Qulamov, arvadı - 1941-ci il təvəllüdlü Məhbubə Xanhəsən qızı Nurəliyevanı odlu silahla güllələyib. 83 yaşlı kişi 72 yaşlı arvadını öldürdükdən sonra özünü güllələyib.Qeyd edək ki, hadisənin ailə mübahisəsi zəmnində baş verdiyi bildirilir. Deyilənlərə görə, yaşlı kişi arvadını qısqandığı üçün hadisəni törədib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31