Tovuzda iki məktəblini avtomobil vurub, onlardan biri ölüb
14 Noyabr 2013 17:14 KriminalTovuz rayonunun Əyyublu kəndində iki piyadanın vurulması ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax magistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Tovuz rayonunun Əyyublu kənd sakini, 61 yaşlı Nizami Ələkbərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolda hərəkət edən kənd sakinləri, 12 yaşlı Aygün Cəfərovanı və 11 yaşlı İlqar Yusubovu vurub. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən İ. Yusibov dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31