Gülər Əhmədovaya cavab gecikmədi: "Anamın qəbrinə and olsun..."
14 Noyabr 2013 09:29 KriminalSabiq deputat Gülər Əhmədova məhkəməsində mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov barəsində müəyyən açıqlamalar verib.G.Əhmədova iddia edib ki, A.Məmmədovu öyrədən, onu danışdıran ABU-nun sabiq rektoru Elşad Abdullayevin vəkili Adil İsmayılovdur.A.Məmmədov "Yeni Müsavat"a açıqlamasında bunun doğru olmadığını dedi: "Anamın qəbrinə and olsun, Elşadın adamları ilə əlaqəm yoxdur. Öz şüurum var, məsləhətə də ehtiyacım yoxdur. Elə bir adam da yoxdur ki, ondan məsləhət alım".A.Məmmədov xalasının, bibisinin türkiyəli iş adamı Səlcuq Ağlayanla bağlı sözlərinə də münasibət bildirdi: "Mən ancaq özümə cavabdehəm. Xalam, bibim nə deyibsə, onlar özlərinə cavabdehdilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31