Daha bir qanunsuz lotereyanın keçirildiyi aşkarlanıb
13 Noyabr 2013 16:13 KriminalAzərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "Football Planet" MMC-nin lotereyalar haqqında qanunvericiliyin tələbləri pozulduğu aşkarlanıb.
QKDK-dan verilən məlumata görə, bununla əlaqədar, Komitə "Football Planet"ə keçirdiyi "FP-2-1-0" adlı stimullaşdırıcı lotereyanın dayandırılması barəsində göstəriş verib.
"Bununla bağlı, QKDK vətəndaşları məlumatlandırır və bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa çağırır", - deyə Komitənin rəsmi məlumatında bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31