Qadınları fahişəliyə cəlb edən Laçın sakini saxlanılıb

Laçın rayon sakini qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə Laçın rayon sakini Sənan Mehdiyevin gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi ilə bağlı məlumat daxil olub.

İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sənan Mehdiyev saxlanılıb. Məsələ ilə bağlı aparılan araşdırmalar zamanı daxil olan məlumatlar təsdiqini tapıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31