Bakıda gecə tanışını bıçaqlayan şəxs polisi ayağa qaldırdı
32 yaşlı Rəşad Babayev tanışı 34 yaşlı Nicat adlı şəxs tərəfindən bıçaqlanıb
13 Noyabr 2013 10:49 KriminalBu gecə saat 01:30 radələrində Bakının Nəsimi rayonu ərazisində, 3-cü m/r dairəsində qanlı hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, iki nəfər arasında baş verən mübahisə birinin digərini bıçaqlaması ilə nəticələnib.
Belə ki, 32 yaşlı Rəşad Babayev tanışı 34 yaşlı Nicat adlı şəxs tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs isə aradan çıxıb. Polis bölməsindən bildirilib ki, hadisə iki nəfərin şəxsi mübahisəsindən sonra baş verib. Hazırda polis hadisəni törədən şəxsi axtarır.
Faktla bağlı araşdırma aparılır.ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31