Türməyə sabun qutusunda telefon ötürmək istədi

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rəhman Çingiz oğlu Abdulovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Afər Şahin oğlu Mirəliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı üz qırxmaq üçün nəzərdə tutulmuş "Gillette" sabun köpüyünün qutusunun içərisindən daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31