Şampun qabında dərman aşkar edildi

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında cəza çəkən 1992-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məhəmməd Cümşüd oğlu Muradzadəyə dayısı Zahir Əvəz oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı üzərində "Şolders" yazılmış şampun qabının içərisindən şəffaf sellofana bükülərək gizlədilmiş 6 (altı) ədəd yaşıl rəngli dərman həbləri aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31